Qaytarma və geri ödəniş şərtləri | myQR
myQR məhsul və xidmətləri üzrə qaytarma və geri ödəniş şərtlərini müraciət etməzdən əvvəl nəzərdən keçirin.
Bu sənəd www.myqr.az platforması vasitəsilə təqdim olunan xidmətlər üçün tətbiq edilən qaytarma və geri ödəniş qaydalarını müəyyən edir.
1. Xidmətin Xüsusiyyəti
myqr.az müştərilərin tələblərinə uyğun hazırlanmış rəqəmsal məhsullar və çap materialları təqdim edir. Bu xidmətlərə aşağıdakılar daxildir:
- Rəqəmsal menyuların hazırlanması
- QR kodların yaradılması
- Masaüstü menyular və digər çap məhsullarının dizaynı
Bütün xidmətlər sifariş əsasında fərdiləşdirildiyi üçün standart məhsul qaytarılması tətbiq edilmir.
2. Qaytarma Qaydaları
Xidmətlər fərdi və rəqəmsal xarakter daşıdığı üçün ümumi qaytarma mümkün deyil. Lakin aşağıdakı hallar istisna təşkil edir:
- Texniki problem: təqdim olunan rəqəmsal menyu və ya QR kod işləmədikdə və problem bizim tərəfimizdən qaynaqlanarsa, əlavə ödəniş olmadan düzəliş edilir.
- Uyğunsuz dizayn: hazırlanmış dizayn əvvəlcədən razılaşdırılmış tələblərə uyğun gəlmədikdə yenidən işlənir.
3. Geri Ödəniş Şərtləri
Geri ödəniş yalnız aşağıdakı hallarda mümkündür:
- Xidmətə başlanmazdan əvvəl sifariş yazılı şəkildə ləğv edildikdə
- Ödəniş edildikdən sonra xidmətin heç bir hissəsi yerinə yetirilməyibsə və 24 saat ərzində yazılı müraciət olunubsa
Qismən tamamlanmış sifarişlər üçün geri ödəniş edilmir. Bu hallarda düzəliş və əlavə texniki dəstək təqdim olunur.
4. Geri Ödənişin Forması və Müddəti
Təsdiqlənmiş geri ödənişlər:
- Ödəniş edilən üsulla geri qaytarılır (bank köçürməsi, onlayn ödəniş və s.)
- Adətən 7 iş günü ərzində tamamlanır
5. Əlaqə
Qaytarma və geri ödənişlə bağlı müraciətlər üçün: [email protected]